Naxçıvanda "BilBacar" müsabiqəsinin qalibləri mükafatlandırılıb -

Naxçıvanda "BilBacar" müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

02 İyul 2026

İyulun 1-də Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə  keçirilən “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müsabiqədə  l yerin qalibi Culfa rayon Culfa şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Oğuz Əlirza və lll yerin qalibi  Ordubad rayon Dəstə kənd tam orta məktəbin şagirdi Səma Məmmədliyə də mükafatlar təqdim olunub. 

Məktəblilərimizi təbrik edirik!

Qeyd edək ki, 2025-ci ilin noyabr ayında start verilən “BilBacar” müsabiqəsinin builki əsas məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaq olub.