Naxçıvanda hava şəraiti dəyişkənliklə müşahidə olunur

Naxçıvanda hava şəraiti dəyişkənliklə müşahidə olunur

04 Dekabr 2025

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, dekabrın 4-ü saat 10:00-a olan məlumata əsasən, Lənkəran-Astara zonasında leysan xarakterli intensivdir. Zaqatalanın(Əlibəy) yüksək dağlıq ərazilərində isə qar yağır. Yağan qarın hündürlüyü 1 sm-dir.

Düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 44, Lerikdə 4, Yardımlıda 2, Gədəbəy, Qax, Zaqatala, Qəbələ, Quba, Şabran, Göyçayda 1 mm-dir.

Naxçıvan, Şərur, Sədərək, Gəncə, Şəmkir, Qax, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Göyçay, Zərdab, Sabirabad, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.