Naxçıvanda yağıntılı hava proqnozlaşdırılır

Naxçıvanda yağıntılı hava proqnozlaşdırılır

05 Dekabr 2025

Dekabrın 7-si səhər saatlarından 11-dək Naxçıvan Muxtar Respublikası ərazisində havanın yağıntılı olacağı gözlənilir. Sinoptiklərin məlumatına görə, bölgədə yağış yağacaq, yüksək ərazilərdə və bəzi yaşayış məntəqələrində yağıntının qara keçəcəyi ehtimal olunur. Ayrı-ayrı ərazilərdə yağıntının intensiv olacağı bildirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, həmçinin qərb küləyinin əsəcəyi, bəzi bölgələrdə küləyin sürətinin arabir 15 m/s-dək güclənəcəyi proqnozlaşdırılır.

Gündüz temperaturun 6–11 dərəcə isti olacağı, axşam saatlarında isə havanın 2–7 dərəcə şaxtaya düşəcəyi, bəzi yerlərdə isə 2 dərəcəyədək isti olacağı gözlənilir.

Rəsmi qurumlar vətəndaşlara mümkün hava dəyişiklikləri ilə bağlı diqqətli olmağı tövsiyə edir.