Naxçıvanda sahibkarlıq layihələrinin maliyyələşdirilməsi 31,2% artıb

Naxçıvanda sahibkarlıq layihələrinin maliyyələşdirilməsi 31,2% artıb

24 İyul 2026

Cari ilin yanvar–iyun ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara ümumilikdə 3,4 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib. 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətində "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata əsasən, bu vəsait 101 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 31,2 faiz artıb.

Qeyd edilən dövr ərzində maliyyələşdirilmiş layihələrin 92,1 faizi, güzəştli kredit məbləğinin isə 70,7 faizi regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.