Nazir müavini AKF rəsmisi ilə Naxçıvanda kikboksinqin inkişafını müzakirə edib

Nazir müavini AKF rəsmisi ilə Naxçıvanda kikboksinqin inkişafını müzakirə edib

05 May 2026

Mayın 5-də  Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Azərbaycan Kikboksinq Federasiyasının (AKF) birinci vitse-prezidenti Elşən Abdulrəhimovu qəbul edib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı gün ərzində klublarla keçirilən görüşün nəticələri, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və ümumilikdə kikboksinqin regionda inkişafı istiqamətində müzakirə aparılıb. Qeyd olunub ki, həyata keçirilən bu addımlar Naxçıvanda kikboksinqin daha sistemli və davamlı inkişafına zəmin yaradır. İdmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi, məşqçi potensialının gücləndirilməsi və yarışlarda uğurların artırılması istiqamətində görüləcək işlər nəzərdən keçirilib. Hakimlik institutunun təkmilləşdirilməsi, beynəlxalq təcrübənin tətbiqi, ixtisasartırma kurslarının təşkili və mütəmadi seminarların keçirilməsinin vacibliyi vurğulanıb. 

Görüşün sonunda federasiya rəsmisi AKF adından Məcid Seyidova rəmzi hədiyyə olaraq milli komandanın geyim formasını təqdim edib.