
Qızıl nişanla təltif olunan məzunlarla görüş keçirilib - FOTO
İyulun 21-də Naxçıvan Muxtar Respublikası ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə qızıl nişanla təltif olunan məzunları ilə görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov məzunları təbrik edərək 2024-2025-ci tədris ilində təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər və əldə olunan nəticələrdən danışıb, məzunlara gələcək təhsillərində uğurlar arzulayıb.
Bildirib ki, cari tədris ilində buraxılış imtahanlarında məzunlarımız yüsək nəticə göstərib, həmçinin Naxçıvanın fərqlənmə attestatına layiq görülən məzunların sayı son 30 ilin ən yüksək göstəricisi olub.Belə ki, 2024-2025-ci tədris ilində IX sinifləri 196, XI sinifləri isə 277 məzun fərqlənmə attestatı ilə bitirib.
Görüşdə məzunlar təhsillərini davam etdirəcəkləri təhsil müəssisələri, ixtisas seçimləri haqqında məlumat verib, görüşə görə minnətdarlıq ediblər.
Görüşdə məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestatlar, qızıl nişanlar və hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib.