Uşaq mənafelərinin üstünlüyü nə deməkdir? -

Uşaq mənafelərinin üstünlüyü nə deməkdir? - HÜQUQ MƏSLƏHƏTİ

19 Noyabr 2025

Sual: Uşaq mənafelərinin üstünlüyü dedikdə nə başa düşülür?

Cavab: “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, eləcə də bütün fiziki və hüquqi şəxslər fəaliyyətləri zamanı uşaqların mənafelərini üstün tutmalı və onların hüquqlarının təmininə şərait yaratmalıdırlar. Qanunvericilik aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı, icrası isə uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər vurmamalıdır. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd isə etibarsız sayılır.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov