
Agentlik rəsmisi: Naxçıvanda yeni ictimai nəqliyyat tarifləri tətbiq olunmayacaq
1 oktyabr 2025-ci il tarixindən qüvvəyə minən yeni ictimai nəqliyyat tarifləri yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən, habelə Bakıdan kənarda sərnişindaşıma xidməti göstərən və 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel avtobuslarına şamil edilir.
Hazırda Naxçıvan Muxtar Respublikasında ictimai nəqliyyatda gedişhaqları yalnız nağd qaydada həyata keçirildiyi üçün yeni tariflər Muxtar Respublika ərazisində fəaliyyət göstərən avtobus marşrutlarına aid edilməyəcək.
Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ”nə açıqlamasında Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyinin mətbuat xidmətinin rəhbəri Rauf Əliyev məlumat verib.
Rauf Əliyev əlavə edib ki, yaxın vaxtlarda Naxçıvana 60 yeni elektrikli avtobus gətiriləcək və onlar mərhələli şəkildə sərnişindaşıma xidmətinə cəlb ediləcək.
Müsahibəni hazırladı:
Nəzrin Abbaslı