
Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Artur Tahir oğlu Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, A.Rasi-zadə bu ordenlə Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə təltif edilib.
Xatırladaq ki, Artur Rasi-zadə 1996-2018-ci illərdə Azərbaycanın Baş naziri olub.