İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrini qəbul edib

İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrini qəbul edib - FOTO

21 Fevral 2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, söhbət zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi məmnunluqla qeyd olunub.

Hulusi Akar dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.