Culfada çayxananın fəaliyyəti dayandırılıb -

Culfada çayxananın fəaliyyəti dayandırılıb - FOTO

10 İyun 2026

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Culfa şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən çayxanada aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yoxlama zamanı müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, qida ilə təmasda olan alət və avadanlıqların təmiz saxlanılmadığı müəyyən edilib. Bundan əlavə, temperatur rejiminin pozulduğu, yuyucu və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlərin ayrılmadığı, işçilərin isə xüsusi geyim forması ilə təmin olunmadığı aşkar edilib.

Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, çatışmazlıqların aradan qaldırılması üçün göstərişlər verilib. Eyni zamanda, qida obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.

Agentlikdən bildirilib ki, qida obyektlərində sanitariya və gigiyena qaydalarına əməl olunmasına nəzarət tədbirləri davam etdirilir, istehlakçı hüquqlarının qorunması istiqamətində zəruri addımlar atılır.