Əmək haqqının verilməsi müddətləri necə müəyyən edilmişdir?

Əmək haqqının verilməsi müddətləri necə müəyyən edilmişdir? - Hüquq məsləhəti

18 Mart 2025

Sual: Əmək haqqının verilməsi müddətləri necə müəyyən edilmişdir?

Cavab: Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov