Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır

Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır

11 Avqust 2026

"Əmək sahəsində" standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitə əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlayır.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, son il yarım ərzində Komitənin hazırladığı 115 milli standart Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiqlənib və təsdiq edilmiş milli standartların sayı 170-i ötüb.

Məqsəd iş yerlərində sağlam əmək şəraitinin təmin edilməsi, əmək şəraitinin müasir tələblərə uyğun təşkil olunması, əməyin təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır.