Hərbi vəzifəlilər hərbi təlim toplanışlarına neçə dəfə çağırıla bilərlər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hərbi vəzifəlilər hərbi təlim toplanışlarına neçə dəfə çağırıla bilərlər?
Cavab: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 45-ci maddəsinə əsasən aşağıdakı hərbi vəzifəlilər hərbi təlim toplanışlarına çağırıla bilərlər:
- birinci dərəcəli ehtiyatda olanlar – hər dəfə 2 ayadək müddətə 5 dəfə, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və Xarici Kəşfiyyat Xidmətinin ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə 2 ayadək müddətə 10 dəfə, lakin il ərzində 1 dəfədən çox olmamaqla;
- ikinci dərəcəli ehtiyatda olanlar – hər dəfə 2 ayadək müddətə 3 dəfə, lakin il ərzində 1 dəfədən çox olmamaqla;
- üçüncü dərəcəli ehtiyatda olanlar – 1 ayadək müddətə bir dəfə.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Fərid Orucəliyev








