Qanunçuluq prinsipi nədir? -

Qanunçuluq prinsipi nədir? - HÜQUQ MƏSLƏHƏTİ

27 Oktyabr 2025

Sual: Qanunçuluq prinsipi nədir?

Cavab: İnzibati xətaya görə inzibati tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir.

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov