Sərxoşluğun müəyyən edilməsindən imtina halı necə müəyyən olunur? -

Sərxoşluğun müəyyən edilməsindən imtina halı necə müəyyən olunur? - HÜQUQ MƏSLƏHƏTİ

29 Oktyabr 2025

Sual: Sərxoşluğun müəyyən edilməsindən imtina halı necə müəyyən olunur?

Cavab: Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun vəziyyəti xüsusi texniki vasitələrdən istifadə edilməklə müəyyən edilir.

Əgər şəxs bu müayinədən imtina edərsə və ya xüsusi texniki vasitə ilə aparılan müayinənin nəticəsi ilə razılaşmazsa, o, tibbi müayinəyə göndərilir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov