Torpaqların dövlət ehtiyacları üçün alınması qaydası necədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Torpaqların dövlət ehtiyacları üçün alınması qaydası necədir ?
Cavab: Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qəbul edilir.
Bu qərar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı və torpaq sahəsinin mülkiyyətçisinə yazılı şəkildə bildirilir.
Qanunun 35.3-cü maddəsinə əsasən, torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 təqvim günü ərzində:
a) mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir;
b) torpaqla bağlı hüquqların dövlətə keçməsi üçün xərcləri öz üzərinə götürür;
c) torpaq mülkiyyətçinin yaşayış yeri olduqda, ödənişdən sonra köçməyə və yeni yaşayış yerinə yerləşməyə yardım göstərir.
Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Şahmar Həşimov








