İctimai işlər növündə cəzanın çəkilməsi və icrası hansı şərtlərlə həyata keçirilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İctimai işlər növündə cəzanın çəkilməsi və icrası hansı şərtlərlə həyata keçirilir?
Cavab:
İctimai işlər növündə cəza çəkən məhkumlar:
İş gördükləri yerin daxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalıdırlar;
Hökmdə müəyyən edilmiş müddət ərzində və müəyyən olunmuş yerlərdə işləməlidirlər;
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli və onu işlək vəziyyətdə saxlamalıdırlar;
Yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər.
Qeyd edək ki, məhkumun əsas iş yerində növbəti məzuniyyətdə olması ictimai işlər növündə cəzanın icrasını dayandırmır.
Həmçinin məhkum və ya onun qanuni nümayəndəsi qanunvericiliyə uyğun olaraq cəzadan azad edilmə ilə bağlı məhkəməyə müraciət edə bilər.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








