İnzibati həbs haqqında qərarın icrası hansı qaydada icra edilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İnzibati həbs haqqında qərarın icrası hansı qaydada icra edilir?
Cavab: Hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Barəsində inzibati həbs tətbiq edilmiş İX Məcəlləsinin 610—618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda, digər şəxslər isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılır. İnzibati həbs haqqında qərar icra olunarkən, həbs edilənlər şəxsi axtarışdan keçirilir. İnzibati qaydada həbs edilmiş şəxslər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilirlər.Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir.
Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov








