Naxçıvanda avtomobilin aşması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Naxçıvanda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəza Naxçıvan-Şahbuz magistralında qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Əliyev Nurlan İslam oğlu ölüb, maşında olan 1996-cı il təvəllüdlü Abbasov Elvin İbrahim oğlu, 1998-ci il təvəllüdlü Abbasov Elçin Məmməd oğlu və 2001-ci il təvəllüdlü Məhərrəmov Vəli Əli oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan Elçin Abbasovun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.








