Naxçıvanda fevral ayında hava necə olacaq?

Naxçıvanda fevral ayında hava necə olacaq?

30 Yanvar 2026

Naxçıvanda yanvar ayına gözlənilən hava pronozu açıqlanıb.

Bu ilin fevral ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Fevralın 1-2-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var.

Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli Şərur  rayonlarında havanın orta aylıq temperaturu 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 11-29 mm).