Naxçıvanda hava şəraiti dəyişəcək – qar yağacaq
Naxçıvan Muxtar Respublikası ərazisində yanvarın 31-i axşam saatlarından başlayaraq hava şəraitinin dəyişəcəyi gözlənilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, proqnozlara görə, bəzi yerlərdə fasilələrlə yağıntı müşahidə olunacaq, qar yağacağı, arabir duman yaranacağı ehtimal edilir.
Fevralın 2-də gündüz saatlarında yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır. Qərb küləyi 5–10 m/s sürətlə əsəcək, ayrı-ayrı ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gündüz saatlarında 1–6 dərəcə isti, axşam və gecə saatlarında isə 4–9 dərəcə şaxta olacağı gözlənilir.








