Naxçıvanda qar yağacaq

Naxçıvanda qar yağacaq

28 Yanvar 2026

Naxçıvan Muxtar Respublikası ərazisində yanvarın 28-i axşam saatlarından başlayaraq 30-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, əsasən qar yağacağı və duman müşahidə ediləcəyi gözlənilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qərb küləyi 5–10 m/s sürətlə əsəcək, ayrı-ayrı ərazilərdə arabir güclənəcəyi proqnozlaşdırılır.

Havanın temperaturu gündüz saatlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Axşam və gecə saatlarında isə temperaturun 5–10 dərəcə şaxtaya enəcəyi bildirilir.

Sürücülərə və piyadalara hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaları tövsiyə edilir.