Naxçıvanda ötən həftə ərzində 12 yanğın hadisəsi baş verib

Naxçıvanda ötən həftə ərzində 12 yanğın hadisəsi baş verib

25 Avqust 2025

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat veir ki, ötən həftə ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 12 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Belə ki, Kəngərli  rayon Şahtaxtı və Çalxanqala kəndlərində fərdi yaşayış evində, Culfa rayon Bənəniyar kəndində ot bağlamalarında, Babək rayon Cəhri qəsəbəsində, Şərur rayon Maxta, Kürkənd, Şəhriyar, Mahmudkənd kəndlərində, Kəngərli rayon Qıvraq qəsəbəsində, Ordubad rayon Xanağa kəndində həyətyanı, quru otluq sahələrdə və Naxçıvan şəhərində məişət tullantısı qutusunda yanğın hadisələri baş verib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.