Ordubadda ağac qırılması nəticəsində 3 nəfər xəsarət alıb

Ordubadda ağac qırılması nəticəsində 3 nəfər xəsarət alıb

25 Avqust 2025

Ordubad rayonunun Vənənd kəndində bədbəxt hadisə baş verib. Belə ki, çinar ağacının budağının qırılaraq insanların üzərinə düşməsi nəticəsində üç nəfər xəsarət alıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə nəticəsində 1959-cu il təvəllüdlü Novruzov İbrahim Əli oğlu, 1970-ci il təvəllüdlü Ağalarov Miryunis Mirdavud oğlu,

1983-cü il təvəllüdlü Əliyev Anar Əhməd oğlu xəsarət alıblar.

Xəsarət alanlar dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərildikdən sonra onların vəziyyətləri stabilləşib və evə buraxılıblar.

Rəsmi qurumlar vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edirlər.