Psixi pozuntusu olan şəxslərə hansı tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir? -

Psixi pozuntusu olan şəxslərə hansı tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir? - HÜQUQ MƏSLƏHƏTİ

19 Yanvar 2026

Sual: Psixi pozuntusu olan şəxslərə hansı tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər:

Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi;

Ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə;

İxtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə;

İxtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov