Qaynata adına olan evdən gəlinə pay düşürmü? -

Qaynata adına olan evdən gəlinə pay düşürmü? - HÜQUQ MƏSLƏHƏTİ

19 Yanvar 2026

Sual: Qaynata adına olan evdən gəlinə pay düşürmü?

Cavab: Xeyr, nikah dövründə  qaynata və qaynana adına olan daşınar (maşın) və ya daşınmaz (mənzil, fərdi yaşayış evi, torpaq sahəsi) əmlakdan gəlinə və uşaqlara heç bir pay düşmür.

Nikah dövründə ər və ya arvadın gəlirləri hesabına əldə olunmuş əmlakdan isə yalnız ər və arvada pay düşür.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov