Saxta müflisləşməyə görə qanunvericilikdə hər hansı cəza nəzərdə tutulubmu? -

Saxta müflisləşməyə görə qanunvericilikdə hər hansı cəza nəzərdə tutulubmu? - HÜQUQ MƏSLƏHƏTİ

16 Yanvar 2026

Sual: Saxta müflisləşməyə görə qanunvericilikdə hər hansı cəza nəzərdə tutulubmu?

Cavab: Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməsidur bun görə  xeyli miqdarda ziyan vurduqda—cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

eyni əməlllər  külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda isə —

cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualı cavablandırdı: Ordubad rayon prokurorunun müstəntiqi  III dərəcəli hüquqşünas - Tuncay Əsgərli