Valideynlik hüquqlarının məhdudlaşdırılmasının ləğv edilməsi dedikdə nə başa düşülür? -

Valideynlik hüquqlarının məhdudlaşdırılmasının ləğv edilməsi dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ

18 Fevral 2025

Sual: Valideynlik hüquqlarının məhdudlaşdırılmasının ləğv edilməsi dedikdə nə başa düşülür?

Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 70-ci maddəsinə əsasən:

Məhkəmə valideynlik hüquqlarının məhdudlaşdırılmasına əsaslar aradan qalxdıqda, valideynlərin (onlardan birinin) verdiyi iddia üzrə uşağın onlara (onlardan birinə) qaytarılması və Ailə Məcəlləsinin 62-ci maddəsi ilə nəzərdə tutulmuş məhdudiyyətlərin ləğv olunması haqqında qətnamə qəbul edə bilər.

Uşağın valideynə qaytarılması uşağın mənafeyi ilə ziddiyyət yaradarsa, məhkəmə iddianı rədd edə bilər.

Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi,III dərəcəli hüquqşünas - Yaqub Salamzadə