Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək

Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək

31 Mart 2026

"Elektron Məhkəmə" informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində sistemin yeni versiyası istifadəyə verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sistemdə edilən yeniliklərin izah olunması və yaranan çətinliklərin aradan qaldırılması məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən onlayn təlimlər keçirilməkdədir.

Bu gün saat 16:00-dan etibarən "Zoom" platforması üzərindən həftə ərzində keçiriləcək iclaslara qoşulmaq istəyən vəkillər müraciət edə bilərlər.

Bundan başqa bildirilir ki, yeni sistem üzərindən texniki məsələlərlə bağlı prosessual müddətlərin ötürülməsinin nəzərə alınması üçün Məhkəmə-Hüquq Şurasının Məhkəmə Çağrı Mərkəzindən (887) arayış alına bilər.