Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının nikahının bağlanması -

Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının nikahının bağlanması - HÜQUQ MƏSLƏHƏTİ

15 Yanvar 2026

Sual: Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluq idarələrində bağlana bilərmi?

Cavab: Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluq idarələrində Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq bağlanır.

Eyni zamanda, xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində əcnəbilər arasında bağlanan nikah Azərbaycan Respublikasında etibarlı hesab edilir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov