Xocavənd şəhərinə daha 64 ailə yola salınıb

Xocavənd şəhərinə daha 64 ailə yola salınıb

31 Mart 2026

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu gün Xocavənd şəhərinə daha 64 ailə yola salınıb.

Bu mərhələdə Xocavənd şəhərinə 64 ailənin (253 nəfər) qayıdışı təmin olunub.

Qeyd edək ki, bununla Xocavəndə köçürülən ailələrin sayı 201-ə (762 nəfər) çatıb. Onlar həm çox mənzilli binalarda, həm də yenidən bərpa edilən evlərində məskunlaşıblar.