Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır

02 Sentyabr 2026

Ali məktəblərin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi bu gün, sentyabrın 2-də saat 23:59-da başa çatacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlər seçdikləri ixtisas kodunu istədikləri ardıcıllıqla elektron ərizələrinə daxil edib təsdiqləməlidirlər.

Ali təhsil müəssisələrində boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub.

Kolleclərə qəbul müsabiqəsinə isə buraxılış imtahanında ümumi balı ən azı 50 olan, Azərbaycan və ya rus dili, eləcə də riyaziyyat fənlərinin hər biri üzrə minimum 10 bal toplamış şəxslər buraxılır.