
Dövlət sərhədini qanunsuz olaraq keçmənin cinayət məsuliyyəti necə müəyyən edilib? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmənin cinayət məsuliyyəti necə müəyyən edilmişdir?
Cavab: Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə—min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov