Hansı qərarlardan müstəqil qaydada şikayət verilə bilməz? -

Hansı qərarlardan müstəqil qaydada şikayət verilə bilməz? - HÜQUQ MƏSLƏHƏTİ

04 İyul 2025

Sual: İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş hansı qərarlardan müstəqil qaydada şikayət verilə bilməz?

Cavab: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən məhkəmə prosesinin aparılması qaydaları haqqında, məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə iclasının vaxtı ilə bağlı müəyyən müddətin təyin olunması haqqında, sübutlar haqqında və ya sübutların cəlb olunması barədə vəsatətlərin rədd edilməsi haqqında, müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında və hakimlərə, məhkəmə tərkiblərinə etirazlar ilə bağlı məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov