Əmlakı ehtiyatsızlıqdan zədələməyə görə hansı məsuliyyət nəzərdə tutulur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələməyə görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulubmu?
Cavab: Bəli. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187-ci maddəsinə əsasən, özgənin əmlakını odla və ya digər yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranış nəticəsində məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurduqda, təqsirli şəxs cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, bir ilədək islah işləri, altı ayadək azadlığın məhdudlaşdırılması və ya altı ayadək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Əgər həmin əməl külli miqdarda ziyan vurmaqla törədilərsə, iki min manatdan üç min manatadək cərimə, bir ilədək azadlığın məhdudlaşdırılması və ya bir ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








