Gələn ildən ilkin peşə təhsili üzrə təhsil krediti veriləcək
Gələn ildən ilkin peşə təhsili üzrə də təhsil tələbə krediti veriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik hesabat tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla bağlı qanunvericilik layihəsi artıq hazırdır və təsdiq üçün aidiyyəti üzrə təqdim edilib.








