Nehrəmdə 20,7 kilometrlik qəsəbədaxili yolların əsaslı təmirinə başlanılıb
Babək rayonunun Nehrəm qəsəbəsində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində qəsəbədaxili avtomobil yollarının əsaslı təmirinə başlanılıb.
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Turan İmanov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirib ki, layihə çərçivəsində ümumi uzunluğu 20,7 kilometr olan qəsəbədaxili yollar yenidən qurulacaq.
Hazırda ərazidə torpaq işləri aparılır və yol infrastrukturunun müasir standartlara uyğunlaşdırılması istiqamətində hazırlıq tədbirləri davam etdirilir.
Onun sözlərinə görə, əsaslı təmir işləri qəsəbədaxili nəqliyyatın hərəkətinin rahatlaşdırılmasına, yol hərəkəti təhlükəsizliyinin artırılmasına və sakinlərin gündəlik gediş-gəlişinin daha komfortlu təmin olunmasına xidmət edəcək.
Turan İmanov qeyd edib ki, layihə Naxçıvan Muxtar Respublikasında yol infrastrukturunun müasirləşdirilməsi və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov










