İnzibati məsuliyyət yaşı neçədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İnzibati xəta törədən şəxs neçə yaşından məsuliyyət daşıyır? 16–18 yaş arası gənclər cəzalandırıla bilərmi?
Cavab: Azərbaycan qanunvericiliyinə görə, fiziki şəxslər 16 yaşdan inzibati məsuliyyət daşıyırlar. Yəni, 16 yaşını tamam etmiş şəxslər törətdikləri inzibati xətaya görə cavabdeh ola bilərlər.
Lakin 16–18 yaş arası gənclər üçün xüsusi yanaşma mövcuddur. Bu yaş qrupunda olan şəxslərin işlərinə əksər hallarda “yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar” baxır. Buna görə də onlar bəzən inzibati məsuliyyətdən azad edilir və daha yüngül təsir tədbirləri — məsələn, xəbərdarlıq, töhmət və s. — tətbiq oluna bilər.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Fərid Orucəliyev








