Naxçıvanda musiqi təhsili müəssisələrində ümumilikdə 4 455 şagird təhsil alacaq
Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən 26 uşaq musiqi və incəsənət məktəbində yeni tədris ili başlayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yeni tədris ilində musiqi təhsili müəssisələrində ümumilikdə 4 455 şagird təhsil alacaq. Onlardan 651-i birinci sinfə qəbul olunub.
Tədris prosesi 963 müəllim tərəfindən 17 ixtisas üzrə həyata keçiriləcək.








