Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 26,7% artıb

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 26,7% artıb

19 Noyabr 2026

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 758 torpaq sahəsi, 115 mənzil, 104 fərdi yaşayış evi, 67 qeyri-yaşayış binası və 44 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 1088 daşınmaz əmlak obyektinə yeni ünvan verilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən hesabat dövründə 7792 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 2758-i daşınmaz əmlakın texniki pasportu, 5034-ü isə torpaq sahəsinin planı və ölçüsü olubdur.