Valideynlik hüquqlarının məhdudiyyətinin ləğvi nə deməkdir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Valideynlik hüquqlarının məhdudlaşdırılmasının ləğv edilməsi dedikdə nə başa düşülür?
Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 70-ci maddəsinə görə, valideynlik hüquqlarının məhdudlaşdırılmasına səbəb olan hallar aradan qalxdıqda, məhkəmə valideynin (və ya valideynlərdən birinin) iddiası əsasında uşağın ona qaytarılması və Ailə Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərin ləğvi barədə qərar çıxara bilər.
Əgər uşağın valideynə qaytarılması onun mənafeyinə zidd olarsa, məhkəmə iddianı təmin etmir.
Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas — Yaqub Salamzadə








