Azərbaycandakı sənaye zonalarına investisiya qoyuluşu 7 milyard manatı keçib

Azərbaycandakı sənaye zonalarına investisiya qoyuluşu 7 milyard manatı keçib

12 Avqust 2026

Bu günə qədər İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarına 7,2 milyard manatdan çox investisiya yatırılıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə agentlikdən məlumat verilib.

Bildirilib ki, sahibkarlar zonalarda 20,9 milyard manatlıq məhsul istehsal edərək satıb, bunun 6,7 milyard manatdan çoxu ixrac olunub.

Hazırda ölkədə fəaliyyət göstərən sənaye parkı, sənaye məhəlləsi və 2 özəl sənaye məhəlləsində sahibkarlar üçün əlverişli biznes mühiti yaradılıb, 11 200-dən çox daimi iş yeri yaradılıb və yüzlərlə layihənin reallaşdırılmasına dəstək verilib. Sənaye zonalarında 148 rezident və 10 qeyri-rezident qeydiyyatdan keçib.