Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb
İyulun 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Səfər çərçivəsində, 17 iyul tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulub.








