XİN: Odessa sahillərində itkin düşən gəmi kapitanının axtarışı davam edir

XİN: Odessa sahillərində itkin düşən gəmi kapitanının axtarışı davam edir

16 İyul 2026

İyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış Atlas Bey mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola salınıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Qeyd olunub ki, gəmi kapitanının axtarışı istiqamətində səfirliyimiz tərəfindən Ukraynanın aidiyyəti qurumları ilə birgə müvafiq tədbirlər görülür.