
Bəhruz Məmmədzadə: Naxçıvandakı bu görüş gələcəkdə sosial əlaqələrin qurulmasına müsbət təsir edəcək
Naxçıvanda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Xüsusi Təyinatlı Qüvvələr (XTQ) veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” adlı layihə çərçivəsində görüş keçirilib.
"Türkiyədən və Bakıdan gələn şəhid ailələri, qazilər Naxçıvandakı şəhid ailələri və qazilərlə bir araya gəliblər. Tədbirdə rəsmilər də iştirak edib".
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə bildirib.
O qeyd edib ki, Türkiyədən gələn şəhid ailələrinin və qazilərimizin Naxçıvandakı ailələrlə görüşü gələcəkdə sosial əlaqələrin qurulmasına müsbət təsir edəcək.
Sabah da biz Naxçıvanda bəzi yerləri ziyarət edəcəyik və şəhərlə yaxından tanış olacağıq.
Müsahibəni hazırladı:
Mənsurə Hümbətova