
Yetkinlik yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə görə hər hansı bir məsuliyyət nəzərdə tutulub? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: On altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə görə hər hansı bir məsuliyyət nəzərdə tutulubmu?
Cavab: İnzibati Xətalar Məcəlləsinə 28 iyun 2024-cü il tarixli 1198-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda əlavə edilmiş 189-1-ci maddəsinə əsasən -On altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə –
min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov