
Saxta silahdan istifadə etməklə hədə-qorxu gəlmək cinayə məsuliyyətinə səbəb olurmu? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Saxta silahdan istifadə etməklə hədə-qorxu gəlmək cinayə məsuliyyətinə səbəb olurmu?
Cavab: "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Ali Məhkəmə Plenum Qərarının 25-ci bəndinə əsasən, şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həaytı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsəlkən, silah maketi, oyuncaq xəncəl və i.a) digər ağırlaşdırıcı hallar olmadıqda, işin konkret hallarından asılı olaraq onun hərəkətləri AR CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Zərərçəkmiş silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşmüşsə, dərk etmişsə, əməl soygunçuluq kimi tövsif edilməlidir.
Sualı cavablandırdı: Ordubad rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas - Tuncay Əsgərli